Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-02 10:33:00
Yeni rektor kollektivə təqdim edilib - FOTO

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru vəzifəsinə təyin olunmuş Ceyran Mahmudova  təhsil müəssisəsinin kollektivinə təqdim olunub.

Universitetdən AzEdu.az-a verilən məlumata görə, təhsil nazirinin müavini Firudin Qurbanov prezidentin sərəncamını səsləndirib. O Universitetin tarixindən, yaşatdığı ənənələrdən, son illər təhsil sahəsində əldə etdiyi nailiyyətlərdən danışaraq, Ceyran Mahmudovanı yeni təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

ADMİU-nun yeni rektoru Ceyran Mahmudova da tədbir iştirakçılarını salamlayaraq, yeni təyinatına görə ölkə prezidenti İlham Əliyevə minnətdarlığını bildirib və ona göstərilmiş yüksək etimadı doğrultmaq üçün bütün bilik və bacarığından istifadə edəcəyini deyib.

Məlumat üçün qeyd edək ki, Ceyran Emin qızı Mahmudova 1964-cü ildə Bakı şəhərində anadan olub, 1971-1982-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 1982-87-ci illərdə təhsilini Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarixi-nəzəriyyə fakültəsində davam etdirib. 1991-ci ildən 2017-ci ilədək Ü.Hacıbəyli adına Bakü Musiqi Akademiyasında dosent, professor vəzifəsində çalışıb. AAK-ın Sənətşünaslıq və Memarlıq üzrə ekspert şurasının üzvü, 3 monoqrafiya, ali məktəblər üçün 2 dərs vəsaiti, orta məktəb müəllimləri üçün 2 metodik vəsait, 50-dən çox elmi məqalə müəllifidir. 2017-ci ildən ADMİU-nun “Musiqi sənəti” fakültəsinin dekanı vəzifəsində çalışıb. 30 iyul 2018-ci ildə Prezidentin sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib