Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-02 09:57:00
Müəllimlərin nəzərinə: Vakant yeri seçəndə bunlara ciddi fikir verin - FOTO

Vakansiya seçimi mərhələsində şəxsi səhifənizə daxil olaraq orta ixtisas və ya ali təhsil haqqında sənədi və ona əlavəni müvafiq bölməyə yüklədikdən sonra təqdim olunan vakansiyalar siyahısından istədiyiniz səkkiz vakant yeri seçməklə elektron ərizənizi təsdiqləyib tamamlamalısınız.

Bu barədə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnsititundan AzEdu.az-a bildiriblər. Məlumatda qeyd olunur ki, namizədlərdən elektron ərizəsində sənədi göstərilən formada yükləmələri, sənəddə məlumatların aydın şəkildə oxunduğuna diqqət yetirmələri xahiş olunur.

Elektron ərizənizə yüklədiyiniz sənədin pedaqoji və dövlət nümunəli olması yoxlanıldıqdan sonra imtahanda göstərdiyiniz nəticəyə uyğun olaraq proqram təminatı vasitəsilə elektron yerləşdirmədə iştirak edəcəksiniz. Daha sonra müsabiqənin növbəti – müsahibə mərhələsində iştirakınızla bağlı müvafiq məlumat şəxsi səhifənizə göndəriləcək.

Xüsusilə diqqətinizə çatdırırıq ki, elektron ərizənizə müvafiq sənədləri yükləyib vakant yerləri seçdikdən sonra sonda ərizənizi təsdiq edərək tamamlamağı unutmayın. 

Qeyd edək ki, hər bir namizəd şəxsi səhifəsinə daxil olaraq test imtahanı nəticəsi ilə tanış ola bilər.


Nəzrin Rüstəmova
Müəllifin digər yazıları