Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-03 13:01:00
Məktəblərdə şagirdlər üçün hansı qadağa və qaydalar tətbiq olunmalıdır? –SORĞU

 

Təhsil müəssisələrində həm təhsil işçiləri, həm də şagirdlərin əməl etməli olduğu müəyyən qaydalar mövcuddur.

 

Bir sıra qayda və qadağaların tətbiqi ilə bağlı rəsmi tələb olmasa da, əksər  məktəblərin daxili nizam-intizam qaydalarının tənzimlənməsində hər kəsin əməl etməli olduğu müxtəlif tələblər mövcuddur.

 

Bəs ümumilikdə təhsil isçiləri və valideynlər məktəblərdə nələrdən narzıdır?Oğlan və qız şagirdlər üçün nə kimi qayda və qadağaların tətbiq olunması arzu olunur?


AzEdu.az mövzu ilə bağlı müəllim, valideyn və ictimaiyyət nümayəndələri arasında keçirilən sorğunu təqdim edir.

 

Təhsil eksperti Elçin Efəndi:

 

“İstər oğlan, istərsə də qız şagirdlərə əsasən aşağıdakı qadağaların tətbiqini uyğun görürəm: Məktəbə soyuq silah, mobil telefon gətirilməsi (gətiribsə də nəzarətçi alıb müvafiq olaraq xüsusi saxlancda dərs bitənədək saxlamalıdır. Qarışıqlıq olmasın deyə siniflərə görə qruplaşdırmaq mümkündür. Ciddi nəzarət tələb edir başa düşürəm, amma təşkil etmək çətin deyil), vahid geyim formasından kənar geyimlərin geyinilməsi, saqqal saxlanılması və s.

Bütün bunlarla yanaşı ciblərin və çantaların yoxlanılması vacibdir. Bəzən xüsusi həblərin və digər narkotik vasitələrin məktəbli uşaqlar vasitəsilə daşındığını eşidirik deyə bu addıma da zərurət var”.

 

 Tarix müəllimi Leyla Bayramova,-“ Qadağalar deyil, qaydaların tətbiqini istəyərdim”- deyərək mövzuya münasibət bildirib.

 

Təhsil mütəxəssisi Sübhan Hüseynov:

 

“Mətəblərimizdə ciddi nəzarət mexanizmi olmalıdır. Məktəbin qarşısında 2 nəzarətçi qoyulmalıdır. Bir nəfər bəy, bir nəfər xanım. Bəylər oğlan şagirdləri, xanımlar isə qız şagirdləri yoxlamalıdır. Oğlanlara əsasən məktəbə soyuq silahla, mobil telefon , alışqan ilə daxil olmalarına icazə verilməməlidir. Əsas məsələ, vahid geyim forması olmayan həm qız, həm də oğlanların girişi qadağan olunmalıdır. Qız şagirdlərdən əsasən mobil telefon, vahid məktəbli forması olmayanlar məktəbə buraxılmamalıdır. Oğlan şagirdlər bəzi məktəblərə soyuq silahla daxil olurlar sonra məktəblərdə bıçaqlanma hadisələri baş verir”.

 

Naibə Qurbanova mövzu ilə bağlı əsasən, məktəbli formasının tətbiqini vurğulayıb.

 

Məktəb direktoru Araz Babayev:

 

“Şagirdlərin etik davranış kodeksi tərtib olunub təsdiqlənsin, bu qaydanı pozan şagirdlərin valideynləri məsuliyyətə cəlb edilsin”.

 

 

         

 

Fizika müəllim Rafet Mamedov oğlan şagirdlərin  saqqal və uzun saç saxlamasının qadağan olunmasını bildirib.

 

Fizika müəllimi Xəyalə Zeynalova:

 

“Telefon gətirilməsin və şagirdin vahid forması olsun. Bəzən baxıram ki, şagird mənim koftamdan geyinib. Bir də düzgün saç forması olmalıdır. Qızların saçına rəng qoyulması da qadağan olunsa yaxşı olar”.

 

Günel Əsədova Abasova:

 

“Qızların geyimi, xüsusən də yuxarı ( 7-11 sinif) ətəkləri qısa olmasın, saçları yığılmış olsun və mütləq eyni forma. Bir də telefonun məktəbə gətirilməsinə qadağa qoyulsun.Və yaxud dərs bitənə kimi söndürülsün”.

 

Müəllim Tamilla Qulami mövzuya fərqli istiqamətdən münasibət bildirib:

 

“Şagirdlərə hansısa qadağanı tətbiq etmədən öncə müəllim heyəti özü örnək olmalıdır. Təhsilin səviyyəsi yüksəlməli, müəllimlərin əməkhaqları artırılmalı və dərslərin tədrisi həvəslə həyata keçməlidir. Əks halda əyər-əskikliklər düzəlməsə, hansısa qadağanın tətbiqi onsuz da bərbad olan təhsilin və davamiyyətin daha da aşağı səviyyəyə gəlib çıxmasına çatdıracaq”.

 

Müəllim Səbinə Əsədova:

 

“Amma şagirdlər valideynlərdən və müəllimlərdən nümunə götürür. Birinci özümüz əməl etməsək, onlara verilən bütün qadağalar nəticəsiz olacaq. Uşaqlar isə qadağaları heç sevmirlər”.

 

Jurnalist Sevinc Uğur Ələkbərov:

 

“Hər sinif otağında bir qutu olmalıdır və uşaqlar sinfə daxil olarkən mobil telefonları qutuya qoymalı, məktəbi tərk edərkən götürməlidirlər”.

 

Jurnalist Mayil Ağaxanov:

 

“Summativlər üçün yığılan pulların yığışdırılmasıni istəyirik, müəllimlərin ad günlərində, 8 martda və həmçinin peşə bayramlarında yığılan pulların yığışdırılmasını istəyirik!”.

 

 

Biologiya müəllimi Çinarə Müəllim:

“Məktəbdə 5-ci sinifdən etibarən "Cinsi tərbiyə" dərslərinin keçirilməsi qaydası tətbiq edilməlidir. Düz o vaxta kimi ki, "Cinsi tərbiyə" deyən kimi uşaqlar  gülməyəcək. Amma gərək birinci müəllimlərə bu dərs keçilməlidir. Çünki, müəllimlərin 90%i də gülümsəyirlər”.

 

Tarix müəllimi Şahmar Beytullaoğlu:

 

“Mən istərdim ki, bütün siniflərə nəzarət üçün ibtidai və ümumi orta təhsil üçün də psixoloqlar ayrılsın və onların məktəbdəki pedaqoji fəaliyyətinə güclü nəzarət edilsin. Psixoloq fəaliyyəti məktəb üçün, bəlkə də, ən vacib bir məsələ olmalıdır. Çünki əqli inkişaf və tərbiyə amili bütün uşaqlarda eyni dərəcədə olmur. Yaxud da, stress və mənəvi gərginliklər indiki dövrdə şagirdlərdə müşahidə olunan bir haldır. Bu baxımdan psixoloqa ehtiyac var”.

 

Gülşən Rafiqqızı:

 

“Bütün şagirdlər, müəllimlər( başda nazir olmaqla)  Kəmalə Abiyevanın “Məktəb illəri” mahnısını əzbər bilsinlər( çünki, təhsilimizin himnidir!) və söz müəllifinə Xalq Müəllimi adı verilsin”.

 

Şərqşünaş-türkoloq Şəbnəm Həsənli:

 

“Məncə məktəblərdə “Məktəblinin dostu” şəbəkəsinin fəaliyyəti genişlənib, ora psixoloqlarında daha çox cəlb edilməsi ilə şagirdlərə məktəbdaxili nəzarət mexanizmi genişlənməlidir. Xüsusilə, keçid dövründəki uşaqların idarə edilməsində valideynlər çətinlik çəkərkən məktəbdə bu baxımdan dəstək verilməli, şagirdlər arası şiddət əleyhinə təbliğ aparılmalı, hər bir şagirdin mümkün qədər cəmiyyətə qazandırılmasına çalışılmalıdır. Məktəb önündə əlində şar, dəftər qələm və s. satan şəxslər tamamilə yığışdırılmalı və buna nəzarət üçün polislə birgə iş görülməldiir. Çünki məktəb yaşlı uşaqlara bəzi zərərli vərdişlərin öyrədilməsində elə yad insanların da rolu az deyil”.

 

 Jurnalist Samirə Heydərli:

 

“Məktəb daxilində telefondan istifadənin qadağan edilməsini çox istəyərəm. Həmçinin qız uşaqlarının, xüsusən də yuxarı siniflərin geyiminə, makyajdan istifadəsinə diqqət yetirilməsini istərəm”.

 

Azərbaycan dili və ədəbiyyat müəllimi Gülçöhrə Elcan Xəlili:

 

“Ən əsası vahid məktəbli geyimi olmalıdır.Həmçinin qızların saçı açıq gəlməyi və oğlanlarda saqqal yığışdırılmalıdır. Mobil telefonlar yığışdırılmalı,bu mexanizmə,ümumilikdə ciddi nəzarət edilməlidir. Həmçininn məktəblərdə bir neçə psixoloq fəaliyyət göstərməlidir. Xüsusilə,yeniyetmələr üçün tez-tez maarifləndirici söhbətlər aparılmalıdır”.

 

Gülcahan Məmmədova