Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-02 09:00:00
Astara Rayon Təhsil Şöbəsinə yeni müdir TƏYİNATI

Astara Rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub.

AzEdu.az report-a istinadən xəbər verir ki, bu vəzifəyə müvafiq əmrlə Həsənov Rəşad Vasif oğlu təyin edilib. R. Həsənov 2005-2006-cı illərdə Astara rayonu D.Əsədov adına Şahağac kənd 2 saylı tam orta məktəbdə müəllim, 2006-2016-cı illərdə Astara rayonu D.Əsədov adına Şahağac kənd 2 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, 2016-2018-ci-illərdə Astara Rayon İcra Hakimiyyəti başçısının Şahağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb. YAP Astara Rayon Təşkilatı Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. Ailəlidir, 4 övladı var.

Qeyd edək ki, təhsil şöbəsinin əvvəlki müdiri Qızbəs Məmmədova iyunda vəzifəsindən azad olunaraq, Astara RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib.