Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-01 17:50:00
Respublika Veteranlar Təşkilatı ADA Universiteti ilə əlaqələrini genişləndirir
ADA Universitetinin rektoru Hafiz Paşayevlə Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun görüşü keçirilmişdir.
 
Görüşdə Respublika Veteranlar Təşkilatının ölkəninin ictimai-siyasi həyatında xüsusi rolu olduğu haqqında Hafiz Paşayevə ətraflı məlumat verildi. Gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmaları, hərbi xidmətə hazırlanmaları istiqamətindəki və eləcə də, bütün sahələrdə əsl vətəndaş kimi yetişdirilməsində veteranların əməyindən ölkə səviyyəsində istifadə edildiyi bildirildi. Hər zaman vətənin keşiyində dayanan veteranların bugündə sırada olduğu vurğulandı. Tofiq Ağahüseynov Respublika Veteranlar Təşkilatının həyata keçirdiyi tədbirlərin, lahiyələrin ölkə ictimaiyyəti tərəfindən daima yüksək qiymətləndirildiyini bildirdi.
 
Hafiz Paşayevdə Respublika Veteranlar Təşkilatının Respublikamızın Veteran hərəkatının həyata keçirilməsinin əsas iştirakçı olduğunu bildirdi. Vətənin dar günündə sinələrini sipər etmiş veteranların əzmi, mərdiyi və qəhrəmanlıqlarının hər kəsə örnək olduğunu qeyd etdi. Veteranları tariximizin canlı yaddaşı, igidlik və məğrurluq təcəssümü kimi qiymətlənirdi.
 
Respublika Veteranlar Təşkilatı və ADA Universitetinin gələcəkdə bir sıra məsələlərdə qarşılıqlı fəaliyyət göstərəcəklərinə dair danışıqlar aparıldı. Universitetin beynəlxalq layihələrin həyata keçirilməsində Respublika Veteranlar Təşkilatına köməklik göstəriləcəyi vurğulandı.
 
Qonaqpərvərliyə görə ADA Universitetinin rektoru Hafiz Paşayevə minnətdarlıq ifadə olundu. Gələcəkdə belə görüşlərin daha tez-tez keçiriləcəyinə inam ifadə edildi. Sonda xatirə şəkli çəkdirildi.