Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-01 17:19:00
Müsabiqə üzrə müsahibədə qeydə alınmış namizədlərin NƏZƏRİNƏ

29 iyun 2018-ci il tarixində elan edilmiş müsabiqənin müsahibə mərhələsi üzrə müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.

AzEdu.az xəbər verir ki, 25 dövlət orqanında mövcud olan 110 vakant vəzifə elana çıxarılsa da, 5 dövlət orqanında mövcud vəzifələrə namizədlər tərəfindən müraciət olunmayıb. Ümumilikdə isə, 373 namizəd müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçib.

Müsahibəyə çıxarılan vəzifələr arasında daha çox rəqabət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentində məsləhətçi (1 vakant yer üzrə 31 namizəd), Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində məsləhətçi-kompyuter proqramçısı (1 vakant yer üzrə 30), Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində məsləhətçi-kompyuter proqramçısı (1 vakant yer üzrə 30) vəzifələri üzrə müşahidə edilib.

Müsahibələrin 2018-ci il 9 avqustdan 19 sentyabr tarixinədək Dövlət İmtahan Mərkəzinin inzibati binalarında həyata keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradanəldə edə bilər.