Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-01 11:26:00
“Verilən qərar repetitorluğun inkişafı üçün müsbət təsirə yol açacaq"- MÖVQE

 

 

“Qəbul proqramına coğrafiya fənninin salınması onun inkişafına yol açacaq. Çünki tarix fənninə hazırlaşan abituriyentlər coğrafi sualları həll etməkdə çətinlik çəkirlər" 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Bakı şəhər 22 saylı məktəbin coğrafiya müəllimi Dilbər Həsənova deyib.

 

 

Belə ki, Dövlət İmtahan Mərkəzinin qərarına əsasən, beynəlxalq münasibətlər və regionşünaslıq ixtisaslarını seçən şəxslər 2022-ci ildən coğrafiya üzrə imtahan verəcəklər.

 

 

Dilbər Həsənova məsələyə münasibət bildirib:

 

 

“Qəbul proqramına coğrafiya fənninin salınması onun inkişafına yol açacaq. Çünki tarix fənninə hazırlaşan abituriyentlər coğrafi sualları həll etməkdə çətinlik çəkirlər. Belə ki,  tarixdən hər il xəritə ilə bağlı suallar salınır və bunu  cavablandırmaq üçün coğrafi biliklərin olması vacibdir. Tarixə hazırlaşanlar ölkələr haqqında məlumatlı olur, lakin onun coğrafi mövqeyi, yerləşməsi ilə bağlı informasiyaları bilmirlər. Onlar yalnız səthi olaraq ölkə haqqında nəzəri bilikləri əldə edirlər, coğrafi nüanslar isə sıfır səviyyəsində olur. Bu baxımdan da coğrafiya mütləq şəkildə III qrupa salınmalı idi. Regionşünaslıq özü də tarixlə əlaqəli olduğu üçün onun III qrupa əlavə edilməsi düzgün addım idi. Çünki tarix fakültələri regionşünaslıq ixtisası ilə daima əlaqədə olur. Region üzrə ərazinin tarixi mövqeyini öyrəndikdə bu regionşünaslığa təsir edir, o, da öz növbəsində coğrafiya ilə kommunikasiya yaradır. Yəni, ərazinin coğrafi mövqeyini bilmədən onun tarixini mənimsəmək mümkün deyil. Bu fənlər hər zaman bir-biri ilə əlaqəlidir. Coğrafiya tək tarixi deyil, cəmiyyət və qtisadiyyatı da əhatə edir. Hər bir bilgi sonunda coğrafiyaya toxunur. Biz onun daxilində bir çox sahələri öyrənirik. Belə baxdıqda coğrafiya bütün fənləri əhatə edir və onun öyrənilməsi olduqca vacibdir”.

 

Müəllim qərarın repetitorluğa təsirindən söz açıb:

 

“Verilən qərar repetitorluğun inkişafı üçün müsbət təsirə yol açacaq. Belə ki, III qrupa hazırlaşan abituriyentlər  coğrafiya üzrə də müəllimlərə üz tutacaqlar. Yaxşı olardı ki, məktəbdə şagird baza biliklərini əldə etsin. Amma təəssüf ki, 45 dəqiqə ərzində sinifdə olan şagird sayının çoxluğundan müəllim hamıya vaxt ayıra bilmir. Yəni, dərsin 45 dəqiqədən artıq olması mümkün deyil, çünki bu zaman şagirdlərin də götürmə qabiliyyəti də azalacaq. İnsanın beyni 45 dəqiqədən artıq  məlumatları əldə edə bilmir. Bu da repetitorluğa müraciət etməyə zəmin yaradır”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları