Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-29 16:08:00
Vahid ali təhsil portalı YARADILACAQ

Ali təhsil müəssisələrindən vahid ali təhsil portalının yaradılması və mütəmadi dəstəklənməsi tələb ediləcək.

 

AzEdu.az Modern.az-a istinadən  xəbər verir ki, bu barədə “Ali Təhsil Haqqında” Qanun layihəsində nəzərdə tutulub.

 

Layihəyə əsasən elektron təhsil texnologiyalarının tətbiqi aşağıdakıların həyata keçirilməsini təmin edir:

 

- fənlər üzrə müasir elektron elmi-metodiki vəsaitlər kompleksinin işlənməsini və təhsil müəssisəsinin elektron resurs bazasında (kitabxanasında) yerləşdirilməsini;

 

- elektron təhsil (e-learning) resurs bazasının, rəqəmsal təhsil mühitinin yaradılmasını və tədris prosesinə inteqrasiyasını;

 

- məsafədən təhsilin təmin edilməsini;

 

- vahid ali təhsil portalının yaradılmasını və mütəmadi dəstəklənməsini;

 

- elektron sənəd dövriyyəsinin təşkili.

 

Rəqəmsal universitet sisteminə keçidi təmin etmək məqsədilə ali təhsil sisteminin vahid informasiya resurs bazası yaradılır.

 

Ali təhsil müəssisəsi yeni metod və texnologiyalar vasitəsilə tələbələrin və akademik heyətin, struktur bölmələrin əməkdaşlarının yenidənhazırlanma, ixtisasartırma və ömürboyu təhsil sistemini yaradır.

 

Ali təhsil müəssisəsində rəqəmsal təhsil mühiti yaradılır. Rəqəmsal təhsil mühitinin yaradılmasına qoyulan tələblər aşağıdakılardır:

 

- təhsil prosesi iştirakçılarının təhsil informasiya resurslarına çıxışının (əlçatanlığı) təmin edilməsi;

 

- ali təhsil müəssisəsinin beynəlxalq elektron təhsil resurslarına çıxışının təmin edilməsi;

 

- təhsil prosesi iştirakçıları arasında qarşılıqlı əlaqənin internet vasitəsilə təmin edilməsi;

 

- tədris prosesinin monitorinqinin elektron sisteminin yaradılması;

 

- ali təhsil müəssisəsinin beynəlxalq databazalara çıxışının təmin edilməsi;

 

- ali təhsil müəssisəsinin və müstəqil tədqiqatçıların elmi tədqiqat nəticələrinin toplanması məqsədilə saxlanc yerlərinin (repository) və açıq çıxış (open access) portallarının yaradılması;

 

- elmi məlumatlara çıxış imkanlarının təmin edilməsi;

 

- ali təhsil müəsisəsinin texnoloji imkanlarının biliyin yaradılması prosesinə tətbiqi.

 

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsi yanında “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupunun tərəfindən hazırlanıb. Sənədin işçi qrupun noyabrın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacağı gözlənilir.