Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-28 17:25:00
Coğrafiya fənni  gələn il  qəbul proqramına salınacaq-RƏSMİ

 

 

Bu gün bir çox şəxslər coğrafiya fənnin gələn ilin qəbul proqramına salınıb-salınmayacağını ilə bağlı tərəddüd yaşayıb.

 

 AzEdu.az Dövlət İmtahan Mərkəzinə istinadən həmin məsələnin rəsmi tərəfini təqdim edir:

 

2022-ci ildən etibarən III ixtisas qrupuna daxil olan ixtisasların dil-tarix (DT) və tarix-coğrafiya (TC) altqruplarına bölünməsi, TC altqrupuna daxil edilən “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin imtahanın II mərhələsində Azərbaycan (rus) dili və tarix fənləri ilə yanaşı coğrafiya fənnindən, DT altqrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin isə ədəbiyyat fənnindən imtahan verməsi nəzərdə tutulur.

 

 Hər iki altqrupa daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə II mərhələdə Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq coğrafiya fənnindən fərq imtahanı verməlidirlər.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları