Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-28 12:24:00
III ixtisas qrupu üzrə plan yerlərinin sayı artırılıb:Məleykə Abbaszadə

"III qrupunda bəzi ixtisaslar üzrə fənlərinin dəyişdirilməsi qəbul müsabiqə vəziyyətinə təsir etməyəcək".

 

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

 

“Dəyişiklik III qrupdakı gərginliyi bir növ aşağı salacaq. Belə ki, 300 bal toplayıb ali məktəblərə qəbul olmayanlar üçün şans deməkdir. Yuxarı reytinqli ixtisaslarda vəziyyət olduğu kimi qalacaq”.

 

Belə ki, III ixtisas qrupuna daxil olan ixtisaslar dil-tarix (DT) və tarix-coğrafiya (TC) altqrupuna daxil edilən ixtisaslar olmaqla 2 altqrupa bölünür. TC altqrupuna daxil edilən “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin imtahanın II mərhələsində Azərbaycan (rus) dili və tarix fənləri ilə yanaşı coğrafiya fənnindən imtahan verilməsi nəzərdə tutulur. DT altqrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin isə ədəbiyyat fənnindən imtahan verməsi nəzərdə tutulur. Hər iki altqrupa daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə II mərhələdə Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq coğrafiya fənnindən fərq imtahanı verməlidirlər.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları