Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-28 09:25:00
  Peşəkar mühasib sertifikatı almaq üçün imtahana qeydiyyat davam edir

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən peşəkar mühasib sertifikatı (PMS) almaq istəyən namizədlər üçün keçiriləcək imtahana qeydiyyat davam edir.

 

AzEdu.az xəbər verir  ki, imtahanın birinci mərhələsi üzrə qeydiyyat noyabrın 7-dək, ikinci mərhələsi üzrə qeydiyyat noyabrın 14-dək aparılacaq.

 

İmtahanın birinci mərhələsi (mühasibat uçotu) noyabrın 21-də, ikinci mərhələsi (qanunvericilik) isə noyabrın 28-də keçiriləcək.

 

Qeydiyyat DİM-in rəsmi internet səhifəsində yerləşdirilmiş müvafiq linklər vasitəsilə aparılır.

 

İmtahan mərhələsi ödənişlidir və hər mərhələ üzrə iştirak haqqı 50 manatdır.

 

Qeyd edək ki, fiziki və hüquqi şəxslər imtahanlarda iştirak edəcək namizədlərin ödənişlərini köçürmə yolu ilə də apara bilərlər. Bunun üçün DİM ilə müvafiq müqavilə bağlayıb, bank vasitəsilə ödəniş etmək lazımdır. Müqavilənin bağlanılması üçün “Kommersiya və marketinq” sektoruna aşağıda göstərilən əlaqə nömrələri vasitəsilə müraciət edilməlidir.

Əlaqə nömrələri: 0123105316 daxili 17-05; 17-04

Müqavilə imzalanan zaman DİM-ə ödəniş ediləcək namizədlərin adı, soyadı, ata adı, doğum tarixləri (gün, ay, il), şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi əlavə siyahı formasında təqdim olunmalıdır.