Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-27 12:41:00
Coğrafiya suallarında çətinliyin müşahidə edilməyəcəyini düşünürəm-Elçin Əfəndi

“İmtahana salınan coğrafiya suallarında çətinliyin müşahidə edilməyəcəyini düşünürəm”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

 

Belə ki, III ixtisas qrupuna daxil olan ixtisaslar dil-tarix (DT) və tarix-coğrafiya (TC) altqrupuna daxil edilən ixtisaslar olmaqla 2 altqrupa bölünür. TC altqrupuna daxil edilən “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin imtahanın II mərhələsində Azərbaycan (rus) dili və tarix fənləri ilə yanaşı coğrafiya fənnindən imtahan verilməsi nəzərdə tutulur. DT altqrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin isə ədəbiyyat fənnindən imtahan verməsi nəzərdə tutulur. Hər iki altqrupa daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə II mərhələdə Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq coğrafiya fənnindən fərq imtahanı verməlidirlər.

 

Elçin Əfəndi verrilən qərar haqqında fikirlərini bildirir:

 

“III qrupa coğrafiya fənninin əlavə edilməsini müsbət qiymətləndirirəm. Əvvəllər beynəlxalq münasiblər ve rogionşünaslıq ixtisasları III qrupda mövcud idi. Buna görə də coğrafiya fənni həmin qrupa daxil idi. Sonrakı illərdə regionşünaslıq və beynəlxalq münasibətlər II qrupa verildi. Belə ki, son vaxtlar müşahidə etdik ki,  boş qalan yerlərin çoxu bu ixtisasları əhatə edir. Bu, da həmin ixtisasların prestijlərinin aşağı düşməsinə şərait yaratddı. Belə ki, II qrupda 500-600-dan yuxarı nəticə göstərənlər beynəlxalq münasibətləri seçə bilirdisə, II qrupda bu, daha aşağı nəticə ilə mümkün olurdu. Buna görə də həmin ixtisaların prestijinin artması üçün onların III qrupa qayıtması daha məqsədəuyğundur”.

 

Təhsil eksperti Elçin Əfəndi qərarın müsabət tərəflərinə aydınlıq gətirib:

 

“III qrupa coğrafiya fənnin salınması müsbət addım kimi qiymətləndirilə bilər. Çünki beynəlxalq münasibətlər və regionşünaslıq ixtisaslarını seçən abituriyentlər öncədən onlara coğrafiya fənnin lazım olduğunu bilmiş olacaqlar. Bu, da ixtisaslaşmış kadr məsələsində ilkin təməl rolunu oynamış olur. Coğrafiya fənnini seçən III qrup abituriyentlər həmin fəndən ilkin mərhələdə imtahan verəcəklər. Lakin ixtisasını bu üzrə davam etdirmək istəyən şəxslərə də coğrafiyadan imtahan  keçirilə bilər”.

 

Elçin Əfəndi qeyd edir ki, bütün bu addımlar müsbət istiqamətlərə yönəlib:

 

“Mənfi təsirlərin yaranacağına bir o qədər ehtimal vermirəm. Hər il II ixtisas qrupunda regionşünaslıq və beynəlxalq münasiblər üzrə plan yerləri boş qalır. II qrupda hər il 3000-dən çox şəxs müsabiqədən keçə bilmir və kənarda qalır. Belə olanda ziddiyətli məqam ortaya çıxır ki, II qrupda boş qalan yerlər və III qrupda kəsilən şəxslər var. Həmin ixtisaları III qrupa qaytarmaq lazımdır ki, kəsilən və kənarda qalan abituriyentləriin vəziyyəti yaxşılaşsın. Kadr hazırlığı baxımından da bu ixtisasların III qrupda olması daha məqsədəuyğundur.

 

Sadəcə mənfi tərəf ondan ibarətdir ki, qərar bir qədər ləng şəkildə verilib. Hər il abituriyentlər universitet hazırlıqlarına sentyabr ayının əvvəlindən başlayırlar. Bu qərar həmin dövrdə verilsə idi, daha məqsədəuyğun olardı.  Coğrafiya fənnin imtahana salınan suallarında müəyyən çətinliyin müşahidə edilməyəcəyini düşünürəm. Çünki abituriyentlərin vaxtı da bir qədər azalıb. Dövlət İmtahan Mərkəzinin bunu nəzərə alacağı qənaətindəyəm”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları