Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-27 10:54:00
Müəllimlər üçün vacib VEB SAYTLAR-Məlumatlandırıcı bilgilər

Texnologiyanın inkişafı nəticəsində saytlar və proqramlar populyarlaşmağa, dərslərdə də istifadə edilməyə başlandı. Müəllimlər dərsləri izah edərkən bu vasitələrdən yararlanırlar.

 

AzEdu.az bu dəfə müəllim və şagirdlərin işinə yarayacaq internet saytlarını təqdim edir.

 

Gənclər- Scholastic Kids

 

Bu saytda şagirdlər kitab tənqidləri yaza, tövsiyələr oxuya, izlədikləri filmlərlə əlaqəli oyunlar yarada bilərlər. “Yazıçıları tanı” videolarına baxa bilərlər.

 

Kitablar- Book Wizard

 

Book Wizardda müəllimlər uşaqlara dərs keçərkən istifadə edə biləcəkləri doğru kitabları tapa, şagirdlərin səviyyələrinə uyğun çap məhsullarından yararlana bilərlər.

 

Yaradıcı layihələr- Crayola For Educators

 

Bu saytda dərsdə edə biləcəyiniz hər yaşa uyğun əyləncəli və rəngli fəaliyyətləri tapa bilərsiz.

 

Günə gözəl bir başlanğıc- Daily Starters

 

Günə yeni başladığınızda yeni əyləncəli məlumatlar üçün bu saytdan istifadə edə bilərsiz. Saytda əksini tapan bəzi fikirləri sinifdə istifadə etmək mümkündür.

 

Yazı- Education Northwest

 

Burada təhsil üçün materiallar, dərs planları, yazı nümunələri tapa bilərsiz. Eyni zamanda burada şagirdləri qiymətləndirmək üçün nümunələr də tapmaq olar, hətta fərqli müəllimlərin öz şagirdlərini necə qiymətləndirdiyini də görmək mümkündür.

 

Lüğət-Wordsmyth

 

Bu saytda həm müəllimlər, həm də şagirdlər internetə qoşulmadan bilmədikləri sözləri öyrənə bilərlər.

 

Riyaziyyat oyunları- National Library of Virtual Manipulatives

 

Burada hər yaşa, səviyyəyə uyğun məzmunla qarşılaşa bilərsiz. Bir çox mövzuda riyaziyyat haqqında oyunları kəşf edə bilər və şagirdlərinizə oynada bilərsiniz.

 

Coğrafiya- Google Earth

 

Google Earth vasitəsi ilə coğrafi əraziləri şagirdlərinizə göstərə bilərsiniz. Səhra çölünü, Eyfel qülləsini ziyarət edə bilərsiniz.

 

Gündəm hadisələri- Scholastic News

 

Gündəmdə olan hadisələri şagirdlərə bildirmək üçün istifadə edə biləcəyiniz bu saytda günümüzdə yaşanan bir çox önəmli hadisələr haqqında video, şəkil və xəbər başlıqları var.

 

Multimedia- Glogster

 

Glogster dərs izah edərkən istifadə edə biləcəyiniz şəkil, video, animasiya və yazılı məzmuna sahib bir saytdır. Bu saytı istifadə edərək daha interaktiv və yaradıcı bir sinif mühiti yarada bilərsiniz.

 

Onlayn dərs- Wikispaces Classroom

 

Bu saytda gerçək bir sinif yarada bilər, sinifinizi hər gün rahatlıqla idarə edə bilərsiniz. Eyni zamanda şagirdləriniz və valideynlər də dərs xaricində bu onlayn sinifinizdən yararlana bilərlər.

 

Fidan Ali