Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-27 09:13:00
Türkdilli dövlətlərin təhsil nazirləri görüşəcək

Noyabrın 3 - 4-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin təhsil nazirlərinin toplantısı keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, bu barədə məlumatı MediaTurk TV Türk Şurasındakı mənbələrdən əldə edib.

 

Toplantıda türkdilli dövlətlər arasında təhsil sahəsində əlaqələrin genişləndirilməsi, gələcək fəaliyyət planı, diplomların qarşılıqlı tanınması, üzv dövlətlər arasında tələbə mübadiləsi və təhsil sahəsində fəaliyyətlə əlaqədar bir sıra məsələlər müzakirə ediləcək.