Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-26 17:36:00
UNEC tələbələri üçün təqaüd müsabiqəsi davam edir    

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə “McDonald’s Azərbaycan” QSC arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində tələbə və magistrantların təhsil haqlarının müsabiqə yolu ilə “McDonald’s Azərbaycan” QSC tərəfindən maliyyələşdirilməsi üzrə təqaüd müsabiqəsi elan edilir.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, təqaüd proqramı əlilliyi olan və ümumi orta müvəffəqiyyət göstəricisi yüksək olan təhsilalanlar üçün nəzərdə tutulur. Müsabiqəyə ödənişli əsaslarla bakalavriat və magistratura səviyyəsi üzrə normativ təhsil müddətində təhsil alan və akademik borcu olmayan Azərbaycan vətəndaşları müraciət edə bilərlər.

 

Müsabiqədə iştirak etmək istəyənlər bu barədə müraciətlərini və əlillik haqqında arayışlarını noyabrın 3-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.