Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-01 11:10:00
“Abituriyentlərin çoxu ixtisas seçimini kor-koranə edirlər” - Ekspert

“İxtisas seçimi məsələsində vəziyyət çox acınacaqlıdır. Ümumiyyətlə, abituriyentlərin çoxunun aydın hədəfləri olmadığına görə, bu işi kor-koranə edirlər. Yəni topladıqları bala görə çoxdan aza doğru fakültələri yazırlar”.

Buz sözləri AzEdu.az.-a açıqlamasında təhsil eksperti İlkin Həsənov bildirib. Onun sözlərinə görə, onlar oxuyacaqları ixtisasın gələcək perspektivlərini nəzərə almırlar:

“Bir çox gənclər universitet oxumaq xatirinə, hansı ixtisas olmağından asılı olmayaraq necə gəldi ixtisas seçirlər. Bu neqativliyin səbəbi lap dərindədir. Abituriyent universitetə hazırlaşmağa başlayarkən hədəf qoya bilmədiyindən bu vəziyyətə düşməyə məhkum olur. Bəs nə etməli? Gənclər əsasən 3 faktora diqqət yetirməlidirlər: İxtisas,  universitet, maddi durum. Bunların üçü də ixtisas seçimi zamanı eyni dərəcədə əhəmiyyətlidir və hamısını  nəzərə almaq lazımdır. Dünyada iş həyatında da getdikcə tələbat dəyişir. Azərbaycanda hansı ixtisasdan asılı olmayaraq bütün sahələrdə peşəkarlara ehtiyac var. Əsas ehtiyac olan isə turizm, kənd təsərrüfatının demək olar ki, bütün sahələridir.

Qeyd edək ki, universitetlərə ixtisas seçimi 13 avqusta qədər davam edəcək.