Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-01 10:16:31
Jurnalistika üzrə qabiliyyət imtahanının mövzuları AzEdu.az-da - Abituriyentlərə hansı inşalar təqdim olunacaq?

“Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı avqustun 6-da keçiriləcək. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı “Jurnalistika” ixtisasını da seçə bilərlər.

AzEdu.az Dövlət İmtahan Mərkəzinin rəsmi saytına istinadən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının jurnalistika üzrə qabiliyyət imtahanı mərhələsində bakalavrlara təklif olunacaq inşa mövzularını təqdim edir:

  1. Müstəqilliyimiz əbədidir
  2. Azərbaycanın dövlət rəmzləri
  3. Mən Azərbaycan vətəndaşıyam
  4. Azərbaycan mənim Vətənimdir
  5. Heydər Əliyev ümummilli liderimizdir
  6. Ölkəmizdə dövlət dili Azərbaycan dilidir
  7. “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, dövlət dilini mükəmməl bilməlidir!” (H.Əliyev)
  8. 1 Avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür
  9. İnternetdən istifadə sənə nə verir?
  10. Hansı sənət yaxşıdır?
  11. Azərbaycanın gələcəyi haqqında düşüncələrim
  12. Sevdiyim fənn
  13. Necə insan olmaq istərdim?
  14. Mən həkim olsa idim ...
  15. Mən millət vəkili olsa idim ...
  16. Dostuma məktub
  17. Xalqımızın milli bayramı – Novruz
  18. Azərbaycanın təbiəti
  19. Əsl dost necə olmalıdır?
  20. Kitab dostumuz və məsləhətçimizdir
  21. Şəxsi kitabxanam
  22. Təhsil uğurlu gələcəyə aparan yoldur
  23. Sevdiyim qəzet (və ya jurnal)
  24. Musiqi ruhumuzun qidasıdır
  25. Sözün qüdrəti
  26. Peşə seçiminin insan həyatında rolu
  27. Həyatda necə uğur qazanmaq olar?
  28. Cəmiyyət üçün faydalı insan necə olmalıdır?
  29. Sevdiyim bədii əsər
  30. Sevdiyim yazıçı (şair)
  31. Müasir gəncliyin gündəlik qayğıları
  32. Milli Qəhrəmanlarımız
  33. Xoşbəxtliyi nədə görürəm?
  34. Milli adət-ənənələrimiz
  35. Müasir gəncliyin vəzifələri
  36. Keçmişimiz, bu günümüz və gələcəyimiz
  37. Azərbaycan gənci müstəqil dövlətimizin fəal qurucusu olmalıdır
  38. “Bir kərə yüksələn bayraq bir daha enməz!” (M.Ə.Rəsulzadə)
  39. Mübariz İbrahimov gəncliyə örnəkdir
  40. Tarixdə iz qoyan şəxsiyyətlər
  41. Sevdiyim tarixi şəxsiyyət
  42. Müasirlərimi necə görmək istərdim?
  43. Vətənə xidmətin əhəmiyyətini nədə görürəm?
  44. Şəhid abidəsi önündə
  45. 20 Yanvar – xalqımızın qan yaddaşı
  46. “Şəhidlər xiyabanı”nı ziyarət edərkən düşündüklərim
  47. Xocalı faciəsi insanlıq əleyhinə cinayətdir
  48. Qarabağla bağlı bildiklərim
  49. Müəllim və şagird arasında münasibətlər necə olmalıdır?
  1. Sağlam bədəndə sağlam ruh olar
  2. Neftimiz sərvətimizdir
  3. Gənclərin cəmiyyətdə rolunu artırmaq üçün nələri təklif edərdim?
  4. "Əkinçi" ilə başlanan milli mətbuatımız
  5. Gələcəyimi necə görürəm?
  6. Mətbuat azadlığı nədir?
  7. Tariximizin şanlı səhifəsi – Azərbaycan Xalq Cümhuriyyəti
  8. Ən çox izlədiyim televiziya kanalı
  9. Sevdiyim jurnalist
  10. Tanınmış Azərbaycan jurnalistləri
  11. Şəhid jurnalistlər
  12. İzlədiyim xəbər saytları
  13. Oxuduğum sonuncu əsər
  14. İnformasiyanın həyatımızda rolu
  15. Özümdə hansı xarakter xüsusiyyətlərini tərbiyə etmək istəyirəm?
  16. Həyatımızda kitabların rolu
  17. Konstitusiyamız
  18. Sevdiyim idman növü
  19. Namus və vicdan mövzusunda düşüncələrim
  20. Valideynlə övlad arasında münasibətlər necə olmalıdır?
  21. İnsan həyatında biliyin rolu
  22. Müasir insan necə olmalıdır?
  23. Əsl vətəndaş necə olmalıdır?
  24. Mərhəmətli olmaq nə deməkdir?
  25. Azad insan olmaq nə deməkdir?
  26. Təbiətin həyatımızda rolu
  27. Faydalı insan odur ki ...
  28. Əgər prezident olsa idim ...
  29. Necə bir qəzet yaratmaq istərdim?
  30. Müasir televiziya kanallarında ən çox sevdiyiniz proqramlar
  31. Jurnalist peşəsi və sosial məsuliyyət
  32. Jurnalistikanı nəyə görə “dördüncü hakimiyyət” adlandırırlar?
  33. KİV və ictimai rəy
  34. Müasir jurnalistikada şərəf və ləyaqətin müdafiəsi problemi
  35. Şəhərimin (kəndimin) tarixi
  36. Jurnalist olsam, hansı mövzularda yazacağam?
  37. Əgər gənclər üçün telekanal yaratsam ...
  38. Hamının oxumalı olduğu kitab
  39. “Hər bir insan bütün insanlar qarşısında hamıya və hər şeyə görə məsuliyyət daşıyır.” (F.M.Dostoyevski)
  40. Yazacağım oçerkə kimi qəhrəman seçərdim?
  41. Mənim ictimai mövqeyim
  42. Zərərli vərdişlər
  43. Tolerantlıq nə deməkdir?
  44. Müasir məktəbin problemləri
  45. Gənclər siyasəti və KİV
  46. Müasir cəmiyyətin mənəviyyatı
  47. KİV-də sağlam həyat tərzinin təbliği
  48. Bəşəriyyətin əsas qlobal problemləri
  49. Qocalara hörmət edək, özümüz də qocalacağıq
  1. Əsl ziyalı necə olmalıdır?
  2. “İnsan dünyada varlı olmaq üçün yox, xoşbəxt olmaq üçün yaşayır” (F.Stendal)
  3. Müasirlərim haqqında düşüncələrim
  4. Uğurlu insan olmaq nə deməkdir?
  5. Jurnalistin əsas keyfiyyətləri
  6. Müasir dünyada jurnalistikanın rolu
  7. Jurnalistin peşə etikasını necə başa düşürəm?
  8. Jurnalist peşəsi məni hansı cəhətlərinə görə cəlb edir?
  9. Jurnalistika mədəniyyətə necə təsir göstərir?
  10. Müasir həyatımızda internetin rolu
  11. İnsanlar televiziya xəbərlərinə nəyə görə baxırlar?
  12. Radio və televiziyada faydalı verilişlər
  13. Jurnalistikada ən çox xoşladığım mövzular
  14. Mətbuat azadlığını necə başa düşürəm?
  15. Müasir jurnalist necə olmalıdır?
  16. Sevdiyim qəhrəman
  17. “Sağlığında qiymət verin insanlara...” (C.Novruz)
  18. “Yurdum, yuvam, məskənimsən... Azərbaycan!” (S.Vurğun)
  19. Sevimli ədəbi qəhrəmanım
  20. Mənim üçrəngli bayrağım
  21. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir
  22. Mən Vətənimin inkişafına hansı töhfəni verməyə hazıram
  23. Xarici ölkədə yaşayan yaşıdıma məktubumda ölkəmiz haqqında nə yazardım?
  24. Azərbaycan bütün dünya azərbaycanlılarının vətənidir
  25. Azərbaycanın inkişafında neftin rolu
  26. Azərbaycanın inkişafında qeyri-neft sektorunun rolu
  27. Sevdiyim bayram
  28. Sevdiyim bəstəkar
  29. Doğma şəhərimi (kəndimi) gələcəkdə necə görmək istərdim?
  30. Bakı Azərbaycanın paytaxtıdır
  31. Əcnəbi turistə doğma Vətənimiz haqqında nə söyləyərdim?
  32. Təbiəti qorumaq borcumuzdur
  33. Azərbaycanın təbii sərvətləri
  34. Ətraf mühitin qorunması sağlamlığın rəhnidir
  35. Ana müqəddəs varlıqdır
  36. Yaşlılara və uşaqlara qayğı göstərmək mənəvi borcumuzdur
  37. Həyatın mənasını nədə görürəm?
  38. İnsan nəyə görə qanunlara riayət etməlidir?
  39. “Düzlük ən yaxşı siyasətdir” ifadəsi nə deməkdir?
  40. İnsan əməlləri ilə tanınır
  41. Uğura aparan yol zəhmətdən keçir
  42. “Kitabi-Dədə Qorqud” yurdumuzun tarixi salnaməsidir
  43. Cəmiyyətin inkişafında liderlərin rolu
  44. Xalqımız sülh tərəfdarıdır
  45. Çiçəklənən Azərbaycan
  46. Dostu qazanmaq çətin, itirmək asandır
  47. Xeyirxahlıq nəcib insani keyfiyyətdir
  48. Əsl insan hansı keyfiyyətlərə malik olmalıdır?
  49. Azərbaycanın görməli yerləri
  50. Ana dilimizi sevək və qoruyaq
  1. Azərbaycan sərkərdələri haqqında bildiklərim
  2. İdmanın insan həyatı üçün əhəmiyyəti
  3. Ölkəmizdə turizm
  4. Təhsilin cəmiyyətin inkişafında rolu
  5. Jurnalistikanın hansı sahəsi məni daha çox cəlb edir?
  6. Xeyriyyəçilik gözəl ənənədir
  7. “Vətən mənə oğul desə, nə dərdim, Mamır olub, qayasında bitərdim.” (M.Araz)
  8. “Vətənçin yaşayan, vətənçin ölən, Səmimi bir insan nə bəxtiyardır!” (M.Müşfiq)
  9. “Qüvvət elmdədir, başqa cür heç kəs, Heç kəsə üstünlük eyləyə bilməz.” (N.Gəncəvi)
  10. “Könlümün sevgili məhbubu mənim, Vətənimdir, vətənimdir, vətənim...” (A.Səhhət)
  11. “Bilikli adamlar uzağı görər, cahilin zəhməti hədərdir, hədər.” (N.Gəncəvi)
  12. “Hər uca rütbədən biliniz fəqət, alimin rütbəsi ucadır əlbət.” (N.Gəncəvi)
  13. Yaxşı bir film çəkmək üçün hansı amillər olmalıdır? Fikirlərinizi əsaslandırın.
  14. Müasir texnologiya həyatı daha da rahatlaşdırıb, yoxsa həyat sadə texnologiyalarla daha yaxşı idi? Fikirlərinizi əsaslandırın.
  15. İnternet vasitəsilə insanlar bir-birinə daha çox yaxınlaşıblar, yoxsa uzaqlaşıblar? Fikirlərinizi əsaslandırın.
  16. Təhsil hər bir ölkənin inkişafında ən mühüm amildir. Bu fikirlə bağlı razı olduğunuz və razı olmadığınız məqamları yazın. Fikirlərinizi əsaslandırın.
  17. “Xarici dil uşaqlara bağçadan öyrədilməyə başlanılmalıdır” fikri ilə bağlı razı olduğunuz və razı olmadığınız məqamları yazın. Fikirlərinizi əsaslandırın.
  18. Uşaqların hər gün kompüter ilə məşğul olmasının onlara müsbət təsirindən daha çox mənfi təsiri ola bilər. Bu fikirlə bağlı razı olduğunuz və razı olmadığınız məqamları yazın. Fikirlərinizi əsaslandırın.
  19. “Televiziya verilişlərini izləmək uşaqlar üçün faydalı deyil” fikri ilə bağlı razı olduğunuz və razı olmadığınız məqamları yazın. Fikirlərinizi əsaslandırın.
  20. “Üz-üzə ünsiyyət telefon, sosial şəbəkələr (Facebook, Twitter, WhatsApp və s.), məktub, elektron məktub (e-mail) və s. kimi ünsiyyət vasitələrindən daha yaxşıdır” fikri ilə bağlı razı olduğunuz və razı olmadığınız məqamları yazın. Fikirlərinizi əsaslandırın.
  21. “Müasir texnologiyalar vasitəsilə şagirdlər daha çox məlumat əldə edə bilir və daha sürətlə öyrənirlər” fikri ilə bağlı razı olduğunuz və razı olmadığınız məqamları yazın. Fikirlərinizi əsaslandırın.
  22. “Televiziya, qəzet, jurnal və digər media vasitələri ictimai xadimlər və hadisələrdən daha çox sənətçilərin həyatına diqqət yetirirlər” fikri ilə bağlı razı olduğunuz və razı olmadığınız məqamları yazın. Fikirlərinizi əsaslandırın.
  23. Valideynlər ən yaxşı müəllimlərdir” fikri ilə bağlı razı olduğunuz və razı olmadığınız məqamları yazın. Fikirlərinizi əsaslandırın.
  24. “Kitab oxumaq kinoya baxmaqdan daha maraqlıdır” fikri ilə bağlı razı olduğunuz və razı olmadığınız məqamları yazın. Fikirlərinizi əsaslandırın.
  25. Əgər siz beynəlxalq sərgiyə dövlətimizi təmsil edən bir şey göndərməli olsanız, nə seçərdiniz? Niyə? Seçiminizi izah etmək üçün konkret faktlar və dəlillər gətirin.
  26. Xalqımızın hansı adətini digər xalqların da qəbul etməsini istəyərdiniz? Seçiminizi izah etmək üçün konkret faktlar və dəlillər gətirin.
  27. Əgər siz yeni bir şey ixtira etsə idiniz, bu nə ilə bağlı olardı və nəyi ixtira edərdiniz? Seçiminizi izah etmək üçün konkret faktlar və dəlillər gətirin.
  28. Əgər siz bir şirkətin müdiri olsa idiniz, hansı xüsusiyyətlərə malik işçiləri işə götürərdiniz? Seçiminizi izah etmək üçün konkret faktlar və dəlillər gətirin.
  29. Əgər sizin tarixin müəyyən bir dövrünə qayıtmaq imkanınız olsa idi, bu hansı dövr olardı? Seçiminizi izah etmək üçün konkret faktlar və dəlillər gətirin.
  30. İnsanlar fərqli metodlarla öyrənirlər: işləməklə, oxumaqla, dinləməklə və s. Öyrənmək üçün bu yollardan hansı sizin üçün ən yaxşıdır? Seçiminizi izah etmək üçün konkret faktlar və dəlillər gətirin.
  1. İnsana verilən ən gözəl hədiyyə nə ola bilər? Seçiminizi izah etmək üçün konkret faktlar və dəlillər gətirin.
  2. Bəzi insanlar qrup halında səyahət etməyi sevir, bəziləri isə təklikdə. Siz hansına üstünlük verirsiniz? Seçiminizi izah etmək üçün konkret faktlar və dəlillər gətirin.
  3. Bəzi şagirdlər qrup halında təhsil almağı sevir, bəziləri isə fərdi. Siz hansına üstünlük verirsiniz? Seçiminizi izah etmək üçün konkret faktlar və dəlillər gətirin.
  4. İnsanlar müxtəlif zamanlarda fərqli səbəblərlə musiqiyə qulaq asırlar. Bəs nəyə görə musiqi dinləmək bu qədər vacib sayılır? Fikirlərinizi dəlillərlə əsaslandırın.
  5. Bəzi insanlar dost seçərkən özlərindən fərqli dost seçirlər, bəziləri isə özlərinə oxşar. Özündən fərqli və özünə oxşar dostların olmasının müsbət və mənfi cəhətlərini müqayisə edin. Bəs siz necə dosta sahib olmaq istərdiniz? Fikirlərinizi əsaslandırın.
  6. Əgər sizə məktəbinizdə ciddi dəyişiklik etmək imkanı verilsə idi, bu dəyişiklər nələrdən ibarət olardı? Fikirlərinizi əsaslandırın.
  7. Bəzi insanlar inanırlar ki, həyat haqqında öyrənməyin ən yaxşı yolu ailənin, yaxud da dostların məsləhətlərinə qulaq asmaqdır. Digər insanlar isə düşünürlər ki, həyatı öyrənməyin ən yaxşı yolu şəxsi təcrübədir. Həyatı öyrənməyin bu iki fərqli yolunu müqayisə edin. Siz hansına üstünlük verərdiniz? Fikirlərinizi əsaslandırın.
  8. Bütün dünyada kino çox populyardır. Kinoların niyə belə populyar olduğunu izah edin və fikirlərinizi əsaslandırın.
  9. Turizm ölkələr arasında qarşılıqlı anlaşma və ünsiyyətə necə kömək edir? Fikirlərinizi əsaslandırın.
  10. Yaxşı övlad olmaq üçün hansı xüsusiyyətlərə malik olmaq lazımdır? Fikirlərinizi əsaslandırın.
  11. “İdman orta məktəb həyatının ayrılmaz hissəsi olmalıdır” fikri ilə bağlı razı olduğunuz və razı olmadığınız məqamları yazın. Fikirlərinizi əsaslandırın.
  12. Elektron və məktəb kitabxanalarının müsbət və mənfi tərəflərini müqayisə edin. Fikirlərinizi əsaslandırın.
  13. İnsanlar nə üçün işləməlidirlər? Fikirlərinizi əsaslandırın.
  14. Valideynlər övladlarının əvəzinə qərar verməlidirlər, yoxsa yox? Fikirlərinizi əsaslandırın.
  15. Sizə görə, son 100 ilin ən vacib kəşfi hansıdır? Fikirlərinizi dəlillərlə əsaslandırın.
  16. İnsanın xarakterinin formalaşmasına dostlar, yoxsa ailə daha çox təsir göstərir? Fikirlərinizi əsaslandırın.
  17. Xarici, yoxsa daxili gözəlliyi üstün tutursunuz? Seçiminizi əsaslandırın.
  18. “İnsanı geyiminə görə qarşılayır, ağlına görə yola salırlar” fikrini izah edin.
  19. “Yaxşı dost yaman gündə tanınar” atalar sözünü necə başa düşürsünüz?
  20. İşçilərin yaradıcılıq potensialı şirkətin inkişafında mühüm rol oynayır. İşçilərin yaradıcılıq qabiliyyətini artırmaq üçün şirkətlər nələr etməlidir?
  21. Şəxsi avtomobillərin artması ilə yanaşı, yollarda tıxac problemləri də artır. Həm hökümət, həm də insanlar bu problemin qarşısını almaq üçün nələr edə bilərlər?
  22. Bəzi inkişafda olan ölkələrdə kənd yerlərindən şəhər yerlərinə axın var. Sizcə, bu nəyə görə baş verir və bu hansı problemlərdən irəli gəlir?
  23. Qabaqcıl təhsil müəssisələrindən məzun olmaq yaxşı işə girməyə zəmanət verir. Siz bu fikirlə razısınız, yoxsa yox? Cavabı əsaslandırın.
  24. Müasir dövrdə bir çox ailədə valideynlərin hər ikisinin işləməsinə görə övladları ilə az vaxt keçirirlər. Bunun səbəbi nədir və bu hansı problemlərə gətirib çıxara bilər?
  25. Həyatınızdakı ən cəsur an
  26. Xarakterinizdə nəyi dəyişmək istərdiniz?
  27. Biz uğurlu davranışlarımızdan, yoxsa etdiyimiz səhvlərdən daha çox nəticə çıxarıb öyrənirik. Seçdiyiniz fikri əsaslandırın.
  28. Orta məktəbdə şagirdlərə mobil telefondan istifadə etməyə icazə verilməlidir, yoxsa yox. Seçdiyiniz fikri əsaslandırın.
  1. Uşağın xarakteri valideynlərindən gördükləri davranışlar əsasında formalaşır. Siz bununla razısınızmı? Hansı amillər uşağın xarakterinə təsir edir?
  2. Sağlam olmağın ən yaxşı yolu idman etməkdir. Siz bu fikirlə razısınız, yoxsa başqa təklifləriniz də var?
  3. Sağlamlıq üçün piyada gəzmək olduqca faydalıdır, ancaq çox az insan piyada gəzir. Bu problemin səbəbi nədir və siz bu problemlərin aradan qalxması üçün nələri təklif edərsiniz?
  4. Mediada göstərilən zorakılık halları sanki insanları da zorakılıq etməyə təşviq edir. Bu mövzuda nə düşünürsünüz?
  5. Bir çox cəmiyyətdə evsiz insanlar (yaxud da kasıbçılıq) problemi var. Siz bu problemin qarşısını almaq üçün nələr təklif edərdiniz?
  6. Bəzi insanlar düşünürlər ki, ali məktəblər şəhərlərin mərkəzlərindən uzaq yerlərdə – şəhərətrafı ərazilərdə olmalıdır. Siz bu fikir haqqında nə düşünürsünüz?
  7. Bəzi insanlar düşünürlər ki, pul xoşbət olmaq üçün vasitə deyil. Sizcə, xoşbəxt olmaq üçün nə etmək və nələrə sahib olmaq lazımdır?
  8. Xəbərlər insanların həyatında mühüm rol oynayır. Ancaq xəbərlərin bir çoxu mənfi hadisələrdən ibarətdir. Siz bunun haqqında nə düşünürsünüz?
Nəzrin Rüstəmova
Müəllifin digər yazıları