Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-25 13:04:00
ADNSU-da yeni akkreditasiyaya hazırlıqla bağlı seminar keçirilib 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsildə akkreditasiyanın yeni meyarları, əsasları və tətbiqi ilə bağlı seminar keçirilib.

 

AzEdu.az xəbər verir ki, seminarda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov akkreditasiya haqqında əsas anlayışlar, yeni qaydalar və təhsilin inkişafında akkreditasiyanın vacibliyi və mövzu ilə bağlı digər mühüm məsələlər haqqında məlumat verib.

 

Bu gün təhsilin bütün pillələrində inkişafın əsas meyarlarından birinin akkreditasiya olduğunu qeyd edən A.İlyasov bildirib ki, hazırda dünyada institusional və proqram akkreditasiyasının geniş tətbiq olunduğunu deyib. O, yeni akkreditasiya meyarlarını köhnə qaydalarla müqayisə edib, üstünlükləri diqqətə çatdırıb.

 

Sonda professor-müəllim heyətinin mövzu ilə bağlı sualları cavablandırılıb.