Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-25 11:36:00
Rusiyada təqaüdlə təhsil üçün müraciətlərin qəbulu davam edir

Rusiya Federasiyası (RF) tərəfindən 2022-2023-cü tədris ili üzrə RF federal büdcə hesabına elan edilən təhsil təqaüd proqramına müraciətlərin qəbulu davam edir.

 

AzEdu.az xəbər verir ki, bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə elan edilən təqaüd proqramına müraciət üçün yaş məhdudiyyəti yoxdur. Proqram çərçivəsində tədris rus dilində aparılacaq.

 

Təqaüd proqramına müraciət üçün son tarix 1 noyabr 2021-ci il nəzərdə tutulub.

 

Ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.