Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-01 09:02:00
MİQ imtahanları başa ÇATDI 

31 iyulda müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb.

Bu barədə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitundan AzEdu.az-a bildiriblər. Məlumatda qeyd olunub ki, on üç günü əhatə edən bu mərhələdə 19 fənn – Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan dili, ibtidai sinif, ingilis dili, alman dili, riyaziyyat, informatika, təsviri incəsənət, rus dili, rus dili və ədəbiyyatı, fransız dili, musiqi, tarix, kimya, fizika, texnologiya, biologiya, fiziki tərbiyə, coğrafiya üzrə test imtahanları keçirilib.

Müəllim adı uğrunda mübarizəyə qoşulan 39 min 163 namizəd arasında ən yüksək nəticə olaraq riyaziyyat fənni üzrə 60 bal qeydə alınıb.

Qeyd edək ki, 31 iyulda keçirilən son imtahanda iştirak edən iki mindən artıq namizəd arasında yüksək nəticə olaraq coğrafiya üzrə 59, fiziki tərbiyə üzrə isə 55 bal qeydə alınıb.

Yaxın günlərdə test imtahan nəticələri namizədlərin şəxsi səhifələrinə göndəriləcək, vakant yerlər barədə məlumat veriləcəkdir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları