Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-23 14:22:00
Təhsil işçiləri üçün robototexnika ilə bağlı vebinar təşkil olunacaq  

Təhsil İnstitutu oktyabrın 27-də “Kobotlar: Elektronika, robotlar və yeni trendlər” mövzusunda vebinar keçirəcək.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, tədbirin spikeri Konika Minolta Avropa Biznes İnnovasiya Mərkəzində robototexnika üzrə proqram meneceri vəzifəsində çalışan Bahadur İbrahimov olacaq.

 

Vebinar təhsil idarəçiləri, işçilər, sənaye sahəsinin nümayəndələri və tələbələr üçün nəzərdə tutulub.