Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-23 13:29:00
Mühəndislik fakültəsinin qrup nümayəndələri ilə görüş keçirilib

 

Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik fakültəsinin I kurs qrup nümayəndələri ilə görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, fakültə dekanı, dosent Hüseyn Mirzəyev dərs qeydiyyatı ilə vacib məqamları tələbələrin diqqətinə çatdırıb. Akademik təqvimlə tələbələri tanış edən dekan sərbəst işlərin qiymətləndirilməsi, qış imtahan sessiyası haqqında məlumat verib. O, eyni zamanda universitetdə mövcud olan tələbə klublarının fəaliyyətindən bəhs edib. Dekan tələbələri mövcud pandemiya, həmçinin universitetin nizam-intizam qaydalarına əməl etməyə səsləyib, dərsə davamiyyətlərinə xüsusilə diqqət etməli olduqlarını bildirib.

 

H.Mirzəyev 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi zəfərindən də söz açıb. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, xalqın həmrəyliyi və rəşadətli Azərbaycan ordusunun əzmi, şəhidlərimizin qanı və qazilərimizin hesabına əldə olunan qələbədən danışıb. O, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının əhəmiyyətini də vurğulayıb.

 

Fakültənin Tədris işləri üzrə dekan müavini Osman Mirzəyev qrup nümayəndələrinə yaranacaq problemlərlə bağlı dekanlığa məlumat verməli olduqlarını bildirib. Çıxışında ölkəmizin tarixini, o cümlədən Zəfər tariximizin öyrənilməsi məqsədilə mütəmadi olaraq ekskursiyalarının təşkil olunacağını diqqətə çatdırıb.

 

Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb və müxtəlif təkliflər səsləndirilib.