Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-31 19:36:36
İlahiyyat İnstitutu ölkəmizdə dövlət–din münasibətlərinin təkmilləşməsində elmi mərkəz kimi böyük rol oynayacaq

Azərbaycan İlahiyyat İnstitutu ölkəmizdə dövlət–din münasibətlərinin təkmilləşməsində elmi mərkəz kimi böyük rol oynayacaq. İnstitutunun tələbələri və magistrləri müvafiq sahədə dərin biliklərə yiyələnəcəklər.

AzEdu.az xəbər verir ki, bu fikirlər iyulun 31-də İlahiyyat İnstitutunda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov ilə keçirilən görüşdə səsləndirilib.

Görüşdə qeyd olunub ki, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması Prezident İlham Əliyevin din sahəsinə, xalqımızın milli mənəvi dəyərlərinin qorunub saxlanılmasına göstərdiyi yüksək diqqətin bariz nümunəsidir. İnstitutun hazırladığı mütəxəssislər Azərbaycanda nümunəvi dövlət-din münasibətlərinin və zəngin multikultural mühitin qorunub saxlanılmasında və inkişafında xüsusi rola malik olacaqlar.

Söhbət zaman dövlətin din sahəsinə xüsusi qayğı göstərdiyi vurğulanıb.