Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-23 11:43:00
Müəllimdən zəruri təklif – “Buraxılış imtahanına  Məntiqə aid suallar salınmalıdır”  

 

“Buraxılış imtahanlarında riyaziyyat suallarından 10-nu Məntiqlə əvəz edilsin”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında “Magistr OL” tədris mərkəzinin Məntiq müəllimi, təlimçi Rəşadət Şərifov deyib.

 

Belə ki, son illər gənclər məntiq fənninin çətinliyindən şikayət edirlər. Hətta bunlar nəzərə alınaraq müəllimlərin işə qəbul müsabiqəsindən Məntiq fənni bir neçə il öncə çıxarıldı.

 

Rəşadət müəllim, bu çətinliyin səbəbindən söz açır:

 

“İndiki tələbələr orta məktəbdə Məntiqlə tanış olmadığı üçün onların əziyyət çəkməsi normaldır. Məntiq yeni fəndir və öyrənilməsi bir az çətinliklər yaradır. 

 

Düşünürəm ki, bu fənni mənimsəyən şagirdlər tələbə olarkən onlar üçün Məntiq öyrənmək daha rahat olacaq. Məsələn, bir şagird əlifbanı öyrənərkən evdə valideynlərindən yardım ala bilir. Ancaq Məntiq sualı işləyən şagirdlərin çoxunun valideynləri predmetdən məlumatsızdı. Digər tərəfdən şagirdlər universitetə qəbul olmaq üçün Məntiqdən imtahan verməyəcəyinə görə ona maraqları az olur. Buraxılış imtahanlarında riyaziyat suallarından 10-nunu məntiqlə əvəz etmək ona marağı artırar. Digər tərəfdən kiçik yaşlı şagirdlər üçün məntiq suallarını oyunlaşdırıb təqdim etsək yüksək nəticə alarıq”. 

 

O, tələbələrə məntiqi daha yaxşı öyrənmək üçün tövsiyələr verir:

 

“Tələbələr 4-cü kursda magistraturaya qəbul olmaq üçün məntiqi qısa müddətdə öyrənməyə çalışırlar. Onlar buna 1-ci kursdan start versələr, hər həftə cəmi 1 saatlarını məntiqə ayırsalar, 4-cü kursda məntiq hazırlıqlarına ehtiyacları olmayacaq”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları