Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-22 16:10:00
AzTU-nun rektoru universitetin şəhid məzunu Natiq Baxşəliyevin ailəzini ziyarət edib-FOTO

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və partiyanın rayon təşkilatının fəalları şəhid  Natiq Baxşəliyevin ailəsini ziyarət ediblər.

 

AzEdu.az xəbər verir ki, AzTU-nun rektoru Vilayət Vəliyev ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirələrinin universitetdə daim əziz tutulduğunu və bundan sonra da qürurla yad olunacağını qeyd edib. Rektor bildirib ki, AzTU-nun məzunu olmuş Natiq Baxşəliyev universitetin nümunəvi tələbələindən olub.

 

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Natiqin timsalında bütün şəhidlərimiz adlarını Azərbaycanın şanlı tarixinə əbədi həkk ediblər. B.Nəbiyev vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan Natiq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi zaman şəhidlik zirvəsinə ucalıb.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamlarına əsasən Natiq Baxşəliyev  ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə təltif edilib.

 

Allah şəhidlərimizə rəhmət eləsin!

 

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!