Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-12 17:49:00
 Şagirdlər yalnız bu hallarda bir məktəbdən digərinə yerdəyişmə edə bilərlər – Təhsil hüququ

 

29 sentyabrdan ölkəmizdə ənənəvi tədris bərpa edilib. Bir çox valideyni düşündürən əsas məsələlərdən biri də şagirdlərin yerdəyişməsi ilə bağlıdır. 

 

AzEdu.az ölkə daxilində I - IX sinif şagirdlərinin bir məktəbdən digərinə yerdəyişmə qaydalarını təqdim edir:

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 6 noyabr 2014 tarixli qərarına əsasən, şagirdlərin yerdəyişməsi bu şəkildə həyata keçirilir:

 

1.Övladını digər məktəbə dəyişmək istəyən valideyn həmin təhsil müəssisəsinin direktoruna yerdəyişmənin səbəbi göstərilməklə ərizə ilə müraciət edir. Ərizəyə şagirdin qiymət cədvəli (təhsil aldığı fənlər üzrə illik və yarımillik qiymətlərin əks olunduğu sənəd) əlavə olunur.

 

2.Məktəbin direktoru 2 iş günü müddətində şagirdin müvafiq sinifə qəbul olunduğu haqqında arayışı şagirdin indiyədək təhsil aldığı məktəbin direktoruna təqdim etmək üçün valideynə verir.

 

3.Valideyn həmin arayışı övladının indiyədək təhsil aldığı məktəbdən təhsilini davam etdirəcəyi məktəbin direktoruna 2 iş günü müddətində təqdim edir.

 

4.”Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların bir təhsil müəssisəsindən digərinə keçirilməsinə yalnız qəyyumluq və himayə orqanlarının razılığı əsasında yol verilir.

 

5.Xüsusi tədris proqramları tətbiq edilən məktəb, lisey və gimnaziyalara, məktəb-liseylərdəki lisey siniflərinə, özəl məktəblərə, habelə həmin təhsil müəssisələrindən ümumtəhsil məktəblərinə şagirdlərin yerdəyişməsi həmin müəssisələrin nizamnamələrinə uyğun həyata keçirilir.

 

6.Məcburi köçkün məktəblərinə şagirdlərin qəbulu və yerdəyişməsi yerli təhsili idarəetmə orqanları ilə razılaşdırılmaqla həyata keçirilir.

 

7.Tam orta təhsil səviyyəsində (X-XI siniflər) təhsil alan şagirdlərin yerdəyişməsinə valideynin ərizəsi ilə aşağıdakı hallarda yol verilir:

 

7.1 Ailəsi ilə birlikdə yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd təqdim edildikdə;

 

7.2 Liseyvə gimnaziyalarda, özəl ümumi təhsil müəssisələrində tətbiq edilən tədris proqramlarının mənimsənilməsi mümkün olmadıqda.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları