Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-31 17:20:00
Bakı Musiqi Akademiyasının dekanı vəfat edib

Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının magistr şöbəsinin dekanı, professor Şəhla Mahmudova vəfat edib.

AzEdu.az apa-ya istinadən məlumat verir ki, Ş. Mahmudova uzun sürən ağır xəstəlikdən sonra dünən gecə dünyasını dəyişib. 

Qeyd edək ki, Ş.Mahmudova 1956-cı ildə Bakı şəhərində anadan olub. 1977-ci ildə SSRİ Təhsil Nazirliyinin Fəxri fərmanı, 1978-ci ildə Təhsil Nazirliyinin Fəxri fərmanı və medalına, 2008-ci ildə Əməkdar incəsənət xadimi mükafatına layiq görülmüşdü.