Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-21 10:12:00
RTŞ və məktəb direktorları vakant yerlərin gizlədilməsinə maraqlı olurlar-PROBLEM

“Məktəb direktoru rəhbəri olduğu təhsil müəssisəsinə yeni müəllimlərin gəlməsində maraqlı olmur”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında kurikulum təlimçisi Mahir Əhədov deyib.

 

 

Belə ki, MİQ müsabiqəsi başa çatsa da, onunla bağlı müzakirələr hələ də davam edir. Bir çox müəllimlər vakant yerlərin gizlədildiyini iddia edir.

 

 

M.Əhədov məsələnin kökündə hansı səbəblərin olduğunu qeyd edib:

 

 

“Vakansiyaların gizlədilməsi halları həmişə mövcud olub. Xüsusilə də Rayon Təhsil Şöbələri və məktəb direktorları bu məsələdə maraqlı olublar. Vakansiyalar müxtəlif səbəblərdən gizlədilə bilər. İlk olaraq məktəb direktoru rəhbəri olduğu təhsil müəssisəsinə yeni müəllimlərin gəlməsində maraqlı olmur, çünki vakanta veriləcək dərs saatlarını əyri yollarla məktəbdəki digər müəllimlərə verir. Bəzən heç ixtisası uyğun olmayan müəllimə gizlədilmiş vakant yerdən dərs saatları verilir.

 

 

Düşünürəm ki, son illərdə gizlədilmiş vakansiyaların üzə çıxarılmasında cüzi də olsa uğurlar əldə edilib. Amma problem çox dərindir. Problemi həll etmək üçün Təhsil Nazirliyinin əlində elektron məlumat bazası mövcuddur. Hansı ki, hər bir məktəbdə işləyən istənilən fənn müəllimlərinin sayı və dərs yükü haqda orda informasiya sistemli şəkildə qeyd edilib. O məlumat bazasından istifadə etməklə Təhsil Nazirliyi özü birbaşa boş vakant yerləri müəyyən edə bilər. Digər yol isə Təhsil Nazirliyinin xüsusi monitorinq qrupu şəhər, rayon və kənd məktəblərinə mütəmadi olaraq baş çəkə bilər. Çünki Rayon Təhsil Şöbələri bəzən bu işi istənilən səviyyədə həll etməkdə maraqlı olmurlar”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları