Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-20 11:12:00
UNEC-də Nizami Gəncəvinin 880 illik yubileyi qeyd olunub

UNEC-in Azərbaycan dili kafedrası ilə Umumi fənlərin tədrisinin təşkili departamentinin təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş seminar keçirilib.

 

AzEdu.az xəbər verir ki, seminarda kafedra müdiri professor Tofiq Əbdülhəsənli Prezident İlham Əliyevin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamına diqqət çəkərək UNEC-də bu istiqamətdə Tədbirlər Planının təsdiqləndiyini bildirib. Universitetdə dahi mütəfəkkirə həsr olunan silsilə tədbirlərin keçirildiyini, rəsm sərgilərinin təşkil olunduğunu qeyd edib.

 

Sonra dosent Aybəniz Hüseynova “Nizami Gəncəvi əsərlərində türk naxışı”, dosent Aynur Qədiməlıyeva “Azərbaycan şairi Nizami haqqında qeydlər”, dosent Çinarə Qəhrəmanova “Nizami yaradıcılığının qaynaqları - folklor”, baş müəllim Nailə Yusifova "Nizami Gəncəvinin “İskəndərnamə” poemasında həyat fəlsəfəsi” mövzularında çıxışlar ediblər.