Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-19 16:51:00
Təhsil İnstitutu vebinar təşkil edəcək  

Təhsil İnstitutu oktyabrın 27-də “Kobotlar: Elektronika, robotlar və yeni trendlər” mövzusunda vebinar keçirəcək.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, tədbirin spikeri Konika Minolta Avropa Biznes İnnovasiya Mərkəzində robototexnika üzrə proqram meneceri vəzifəsində çalışan Bahadur İbrahimov olacaq. B.İbrahimov bakalavr təhsilini Türkiyədə Yıldız Texniki Universitetində elektronika və telekommunikasiya mühəndisliyi, magistratura təhsilini isə 2014-cü ildə Vyana Texnologiya Universitetində mühəndislik menecmenti ixtisası üzrə alıb. Daha sonra Vyana Texnologiya Universitetində robototexnika və innovasiya menecmenti üzrə doktorantura təhsilini tamamlayıb. O, Azərbaycan Robototexnika və Avtomatlaşdırma Cəmiyyətinin təsisçisi, 7 elmi nəşrin həmmüəllifidir.

 

Vebinar təhsil idarəçiləri, işçilər, sənaye sahəsinin nümayəndələri və tələbələr üçün nəzərdə tutulub.