Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-19 16:15:00
Təhsil naziri BMT-nin rezident əlaqələndiricisi ilə görüşüb  

Oktyabrın 19-da təhsil naziri Emin Əmrullayev Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin yeni təyin olunmuş rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb.

 

AzEdu.az xəbər verir ki, görüşdə Təhsil Nazirliyi ilə BMT-nin ölkəmizdəki Nümayəndəliyi arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və mümkün əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.