Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-18 17:28:00
Təhsil İnstitutunun “Kibertəhlükəsizlik” təlim layihəsinin növbəti mərhələsi yekunlaşıb

Təhsil İnstitutu tərəfindən icra olunan “Kibertəhlükəsizlik” təlim layihəsinin növbəti mərhələsinin onlayn formatda bağlanış mərasimi keçirilib.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, tədbirdə Peşə və ömürboyu təhsil şöbəsinin müdiri Səbinə Babayeva layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, tələbələrin kibertəhlükəsizlik sahəsində nəzəri və praktik bacarıqlarının inkişafına töhfə verən layihənin növbəti mərhələləri də planlaşdırılır.

 

Təlimçilər Pərvin Sadıqova və Miraqşin Abutalıbov çıxışlarında layihənin təşkilatçılarına təşəkkür edərək təlimi başa vuranlara gələcək karyerlarında müvəffəqiyyət arzu ediblər.

 

Daha sonra Təhsil İnstitutunun direktoru Rüfət Əzizov layihənin uğurlarından bəhs edib. O bildirib ki, bu layihə Azərbaycanda kibertəhlükəsizlik sahəsinin inkişafının bünövrəsini qoyub. Layihənin icrası zamanı xaricdə təhsil alan və yaşayan soydaşlarımız təlimçi kimi fəaliyyət göstərib.

 

Tədbirdə “Kibertəhükəsizlik” təlim layihəsinin tanıtım çarxı təqdim olunub.

 

Xatırladaq ki, təlim layihəsinin əsas məqsədi kibertəhlükəsizlik, kibercinayətkarlıqla mübarizə haqqında bilik və bacarıqların inkişaf etdirilməsi olub.