Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-17 14:25:00
ARTİ müəllimlər üçün vebinarlar silsiləsinə start verir    

ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarlar silsiləsinə start verir.

 

AzEdu.az xəbər verir ki, ilk vebinar 19 oktyabr saat 18:00-da ibtidai sinif müəllimləri üçün Azərbaycan dili fənni üzrə "Mətn üzrə işin təşkili: bədii mətnin strukturu və kompozisiyası" mövzusunda keçiriləcək. Vebinarda spiker qismində ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin Əlavə təhsilin məzmunu şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Könül Aydın Nəhmətova çıxış edəcək.

 

Vebinarın keçirilməsində əsas məqsəd ibtidai sinif müəllimlərinin Azərbaycan dili fənni üzrə mətn üzrə işin təşkili bacarıqlarını inkişaf etdirməkdir. Vebinarda müəllimlərin bədii mətnin strukturunun və kompozisiyasının təhlilindəki tipik çətinlikləri  haqqında danışılacaq, problemin həlli yolları göstəriləcək. 

Tədbir ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.

Xatırladaq ki, ARTİ daha öncə müəllimlərin işə qəbulu və sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini hazırlayıb. 20 fənn, metodika ve pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzuları əhatə edən məlumat kitabçası ilə aşağıda tanış ola bilərsiniz.

https://bit.ly/3ACWX67