Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-31 10:53:00
Magistr olmaq istəyənlərə şad xəbər - Sənəd qəbulunun vaxtı AÇIQLANDI

“Magistratura pilləsi üzrə boş qalan yerlərə ərizə qəbulu 7 avqustdan etibarən aparılacaq”

AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mediaya açıqlaması zamanı deyib. Onun sözlərinə görə, artıq ərizə qəbulunun zamanı bəllidir:

“Magistratura pilləsi üzrə boş qalan yerlərə ərizə qəbulunun başlamasına az müddət qalıb. Həmin yerlərə ərizə qəbulu avqustun 7-dən etibarən başlayacaq”.

Xatırladaq ki, müsabiqə şərtlərini ödəyən tələbələr üçün magistratura pilləsinə ixtisas seçimi iyulun 11-də başa çatıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları