Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-15 12:36:00
Müəllim dərs zamanı BU SƏBƏBDƏN vəfat etdi-RƏSMİ

Bakıda müəllim dərs zamanı vəfat edib

 

AzEdu.az Bakı Şəhəri üzrə Təhsil idarəsinə istinadən xəbər verir ki, oktyabrın 11-də  Bakı şəhəri 89 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Maisə İsmayılova 11b sinifə  dərsi zamanı ürək tutmasından vəfat edib.

 

Belə ki, müəllim sinfə daxil olan zaman özünü pis hiss etdiyi üçün çantasından dərman çıxararaq qəbul etmək istəsə də, anidən huşunu itirib.

 

Dərhal məktəbin tibb bacısı və rəhbərlik məlumatlandırılıb və təcili tibbi yardıma müraciət edilib. Təəssüf ki, müəllimin həyatını xilas etmək mümkün olmayıb.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən faktı təsdiqləyiblər.

 

Qeyd edək ki,  Maisə İsmayılovanın 66 yaşı olub.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları