Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-15 12:12:00
Bu şəxslərin şəxsi kabinetlərindəki vəsait geri qaytarılacaq-DİM açıqladı

DİM şəxsi kabinetlərində vəsaitlər qalan şəxslərə müraciət edib. Şəxsi kabinetdə qalan istifadə olunmamış vəsaitin geri götürülməsi üçün ərizə ilə Dövlət İmtahan Mərkəzinə və ya onun regional bölmələrindən birinə müraciət edirsiniz. Ərizəyə pulu geri almaq istəyən şəxsin bank rekvizitləri əlavə olunur.

Pulun geri qaytarılmasına görə ərizə yazanların ödənişləri yaxın günlərdə təqdim etdikləri hesaba qaytarılacaq.

AzEdu.az DİM-ə istinadən xəbər verir ki, qeydiyyatdan keçib imtahanda iştirak etməyənlərin isə ödənişi geri qaytarılmır. 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları