Azedu.az

Dövlət qulluğu üzrə test imtahanına qeydiyyat başa çatıb  

15 Oktyabr 2021, 11:12
Dövlət qulluğu üzrə test imtahanına qeydiyyat başa çatıb  

Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə keçiriləcək test imtahanına qeydiyyat başa çatıb.

Mərkəzdən bildirilib ki, imtahan oktyabrın 24-də Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. İmtahanda iştirak etmək üçün 1601 nəfər (BA - 417, BB - 1178) qeydiyyatdan keçib.

İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.

 

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox