Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-14 09:38:00
Məşhur lisey də COVID-19 səbəbindən distant tədrisə keçdi – Nazirlikdən vacib bilgilər

 

 

 

Bildiyimiz kimi, sentyabrın 22-dən 1-4-cü, sentyabrın 29-dan isə 5-11-ci siniflər üzrə, eləcə də bütün təhsil müəssisələrində əyani tədrisə başlanılıb.

 

Əyani tədris başladığı gündən etibarən məktəblərdə təhsil işçiləri və şagirdlər arasında koronavirusa yoluxma halları qeydə alınır.

 

Mövzu ilə bağlı Təhsil Nazirliyindən AzEdu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkə üzrə bu günədək 241 sinif distant təhsilə keçirilib, onlardan 35-i artıq əyani təhsilə qayıdıb, 206 sinifdə isə distant təhsil davam etdirilir.

 

Bakı şəhəri üzrə distant təhsilə keçirilmiş 140 sinfin 26-da əyani tədris forması bərpa olunub. 114 sinifdə distant şəkildə təhsil davam etdirilir.

 

Eyni zamanda bildirilib ki, Təhsil Nazirliyinin tabeliyindəki S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının bir neçə şagird və müəlliminin Covid-19 testi pozitiv çıxıb.

 

Bu hal əsas götürülərək Nərimanov Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, gimnaziyada tədrisin bu gündən etibarən 14 gün müddətinə distant təşkil edilməsinə qərar verilib.