Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-23 16:32:00
İsveçdə oxumaq istəyənlərin diqqətinə - 6,5 İELTS balı, yüksək illik haqqı

 

 

İsveç Avropanın şimalında, Skandinaviya yarımadasında həm həyat, həm də təhsil şərtlərinə görə Azərbaycan və bir sıra inkişafda olan ölkələrdən çoxsaylı tələbə qəbul edən ölkələrdən biridir.

 

AzEdu.az bu dəfə sizə İsveçdə təhsil haqqında məlumat verməyi hədəfləyir.

 

İstər orta məktəb, istərsə də universitet səviyyəsində yüksək keyfiyyətli təhsil strategiyaları ilə İsveç Avropanın önə çıxan ölkələrindəndir. Lakin, İsveçdə əksər təhsil müəssisələrində ixtisaslar yalnız İsveç dilində keçirilir. Həm İsveçi, həm də Avropanın qabaqcıl universitetlərindən biri olan və ingilis dilində magistr pilləsində ixtisaslar təklif edən Lund Universiteti barədə danışacayıq.

 

Lund Universiteti İsveçin Lund şəhərində 1666-ci ildə qurulmuşdur. Universitet QS Dünya Universitetləri Siyahısında (2021) dünya üzrə 87-ci pillədə qərarlaşıb. 

 

Universitet aşağıdakı ixtisaslar üzrə ingilis dilində magistr pilləsinə tələbə qəbul edir:

 

Memarlıq, Dayanıqlı Şəhərsalma Dizaynı, Mühasibatlıq və maliyyə, Data analiz və biznes iqtisadiyyatı, İqtisadiyyat, Maliyyə, Beynəlxalq Strateji Menecment, Beynəlxalq Marketinq, Biotexnologiya, Fəlakətlərin risk analizi və iqlim dəyişiklikləri, Qida sənayesi, Nanotexnologiya, Machine Learning, Dayanıqlı Enerji Mühəndisliyi, Sosiologiya, Avropa Biznes Hüququ, Beynəlxalq İnsan Hüquqları, Biomedicine,Tibb

 

 

Qeyd olunan ixtisaslara qəbul üçün uyğun ixtisas üzrə bakalavr dərəcəsi və ixtisasdan asılı olaraq 6.5-7 IELTS balı tələb olunur. Lund Universitetində magistr dərəcələri üzrə təhsil haqları illik 11-15 min avro arası dəyişməkdədir. (CELT.az)