Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-13 13:12:00
Dövlət qulluğu üzrə test imtahanına qeydiyyat sabah başa çatır  

Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə keçiriləcək test imtahanına qeydiyyat oktyabrın 14-ü saat 14:00-dək aparılacaq.

 

AzEdu.az xəbər verir ki, imtahan oktyabrın 24-də Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. Bu gün saat 12:00-dək imtahanda iştirak etmək üçün 1322 nəfər (BA - 335, BB - 987) qeydiyyatdan keçib.

 

İmtahanların başlanma saatı və yeri barədə məlumat Mərkəzin saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.

Xatırladaq ki, imtahanda iştirak etmək istəyən namizədlərin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri və üsulları ilə DİM-in saytında tanış olmaq mümkündür. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.