Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-13 10:24:00
Tələbələr İT ixtisaslarının istiqamətləri üzrə tədris proqramlarına cəlb olunacaq  

2021-2022-ci tədris ili ərzində Təhsil Nazirliyi və Code Academy şirkətinin əməkdaşlığı çərçivəsində ali təhsil müəssisələrinin ümumilikdə 1000-ə yaxın tələbəsi İnformasiya Texnologiyaları ixtisaslarının aktual istiqamətləri üzrə tədris proqramlarına cəlb olunacaq.

 

AzEdu.az xəbər verir ki, ilkin mərhələdə Bakı Dövlət Universiteti və Azərbaycan Texniki Universitetininin müvafiq ixtisaslarda təhsil alan 150-ə yaxın tələbəsinə Proqramlaşdırma, Şəbəkə Administratorluğu, İT mütəxəssisi (helpdesk), Sistem və Bulud texnologiyaları modullarının öyrədilməsi nəzərdə tutulub.