Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-13 09:25:00
MDU-da mini-futbol yarışlarına start verilib

Mingəçevir Dövlət Universitetində (MDU) İdman-sağlamlıq kompleksinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunan mini-futbol yarışlarına start verilib.

 

AzEdu.az xəbər verir ki, oktyabrın 10-dan başlayaraq 30-dək davam edəcək yarışlar dərs saatlarından kənar vaxtlarda universitetin mini-futbol meydançasında təşkil edilir və olimpiya sistemi üzrə 11 komandanın iştirakı ilə həyata keçirilir. İkinci tur oktyabrın 17-də başlayacaq.

 

Oyunlara kompleksin rəhbəri Fərman Məmmədov hakimlik edir.

Qeyd edək ki, gənclərin hərtərəfli inkişafına hədəflənən əlverişli təhsil mühitinin formalaşdırılmasına xüsusi önəm verən MDU-da tələbələrin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təmin edilməsi üçün müvafiq şəraitin yaradılması diqqət mərkəzində saxlanılır.