Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-13 09:00:00
TKTA xarici diplomların tanınması barədə məlumat yayıb  

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) xarici diplomların tanınması barədə məlumat yayıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Agentlikdən bildirilib.

 

Məlumatda deyilir ki, Azərbaycan ərazisində xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının (xarici diplomların) tanınması prosesini Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) həyata keçirir.

Belə ki, diplomların tanınması prosesi 0 təmas prinsipi ilə elektron qaydada icra edilir:

"Lakin bəzi hallarda xarici diplomların tanınması prosesində vətəndaşlar vasitəçi şirkətlərin xidmətlərindən istifadə edərək mənfi hallarla üzləşirlər. Belə hallarla rastlaşmamaq üçün vətəndaşları diqqətli olmağa və elektron qaydada yalnız TKTA-ya müraciət etməyə səsləyirik", - məlumatda deyilir.

Qeyd edək ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi xaricdə təhsil sahəsində, o cümlədən xarici diplomların tanınması ilə bağlı heç bir şirkət və fiziki şəxslə əməkdaşlıq etmir. Eləcə də, bu şəxslərin və şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımır.

Daha ətraflı məlumat üçün vətəndaşlara www.tkta.edu.az rəsmi internet səhifəsinə və ya taninma.az keçidinə müraciət etmələrini tövsiyə edilir.