Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-02 14:00:00
“YouTube” yenilik etdi  

"YouTube”un veb-versiyası şaquli formatlı videoları dəstəkləməyə başlayıb.

AzEdu.az  xəbər verir ki, dünyanın ən məşhur videohostinqi şaquli formatlı videoların populyarlığı ilə barışmalı olub. "YouTube"un komandası əvvəlcə şaquli formatlı videodəstəyini mobil proqrama əlavə edib, indi isə videohostinqin veb-versiyası bu formatı dəstəkləməyə başlayıb. Hazırda "YouTube"un saytında şaquli formatlı videonu izlədikdə o, avtomatik olaraq pleyerin ölçülərinə uyğunlaşır və pleyerin kənarlarında qara zolaqlar olmadan göstərilir.
 
Qeyd edək ki, yeni pleyer, həmçinin tərəflər nisbəti 16:9 olan videoları yaxşı göstərir. Belə ki, pleyerdəki boş sahədən istifadə edilərək şəklin ölçüsü böyüdülür.