Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-08 17:58:00
Müəllim və repetitor kimi çalışmaq istəyən tələbələrin nəzərinə - “Zirvə” kurslarından əla şans

 

 

Oktyabr ayının 30-dan etibarən “ZİRVƏ”  kursları gənc və sonuncu kursda təhsil alan tələbələrin təhsil aldıqları ixtisas üzrə təkmilləşdirmə, pedoqoji təcrübəyə yiyələnmə, dərslərin proqramlaşdırılması mexanizmlərinin inkişaf etdirilməsi və şəxsi bacarıqların dəyərləndirilməsi sahəsində fundamental seminarlara start verəcəkdir.

 

Seminarlarda gənc kadrlar, universiteti yeni bitirmiş və sonuncu kursda oxuyan tələbələr iştirak edə biləcəklər.

 

Seminarlar təcrübəli müəllimlər və mütəxəsislər tərəfindən aparılacaqdır. Seminarda tələbələr və gənc müəllimlər bütün ixtisaslar üzrə tədris vəsaitlərinin yazılması, yeni tədris proqramlarının hazırlanmasını, pedoqoji bacarıqların inkişaf etdirilməsini və tələbələrə psixoloji yanaşma tərzinin formalaşdırılmasını örgənəcəklər.

 

Seminar 2 ay davam edəcək və sonda uğurlu iştirak edən gənc müəllimlərə professional dərslərin keçirilməsi üçün və şəxsi karyerasının inkişafı üçün iş təklifləri ediləcək, müqavilələr bağlanacaq və diplomlarla təltif ediləcəklər.

 

Maraqlı olan bütün gənclər və gənc tələbələr bizə müraciət edə bilərlər. Qeydiyyat 15 oktyabr 2021-ci ildən etibarən başlayacaqdır. İştirak etmək istəyənlər mütləq qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün tələbələr adlarını, soyadlarını, ata adlarını, əlaqə nömrələrini, e-maillərini, daimi yaşadıqları yeri, oxuduqları universitet və fakultəni, neçənci kursda təhsil aldıqlarını və ixtisaslarını bizə yazmalıdırlar.

Seminarlarda iştirak etmək üçün ödəniş haqqı yoxdur.

 

QEYD: seminarlara qatılmaq istəyənlər bu nömrələrlə əlaqə saxlaya bilərlər:

 

+994553690000

+994124803361 

[email protected]