Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-08 12:45:00
"Gələcəyin ən yaxşı tələbəsi nəcə olmalıdır?"-  Rektor Ədalət Muradovdan cavab   
Hər bir təhsil proqramının uğuru üçün mütləq tələb olunan üç amil - tələbələr, müəllimlər və təhsil texnologiyalarıdır.
 
 
AzEdu.az xəbər verir ki, bu sözləri  UNEC rektoru Ədalət Muradov facebook səhifəsindəyazıb 
 
 
 
"Gələcəyin ən yaxşı tələbəsi necə görünür? Ən yaxşı tələbələr hansı fərqli keyfiyyətlərə malik olmalıdırlar?"
 
 
Rektor həmin keyfiyyətləri sadalayıb 
 
 
- Tənqidi təfəkkür və təfəkkürün çevikliyinə malik olmaq
 
- Detallara diqqət və mənzərəni bütöv görməyi bacarmaq
 
- İnsanlara diqqət və yeniliyə can atmaq
 
- Problemi həll etməyə çalışmaq əzmi və nəticəyə cavabdehlik daşımaq
 
- Tam qeyri-müəyyənlik şəraitində fəaliyyət göstərməyi bacarmaq
 
- Tamamilə fərqli insanlardan ibarət komanda yaratmaq, bu komandanı möhkəmləndirməyi və belə komandada çalışmağı bacarmaq
 
- Yeni ideya, məhsul və texnologiya yaratmaq və onları tətbiq etməyi bacarmaq