Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-08 11:53:00
Təhsilin inkişafı üzrə ictimai təşəbbüsləri dəstəkləyən qrant müsabiqəsinə layihə qəbulu aparılır

Təhsil Nazirliyinin “2021/2022-ci illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinə layihə qəbulu aparılır. Müsabiqə prioritet istiqamətlər üzrə təhsilin inkişafına xidmət edən ictimai iştirakçılığın təmin edilməsi məqsədilə keçirilir.

 

 

Nazirlikdən AzEdu.az -a bildirilib ki, layihələr oktyabrın 18-i saat 21:00-dək qəbul edilir. Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini elektron formada [email protected] ünvanına göndərilməlidir.

 

 

Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.