Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-08 10:15:00
Uşaqlara vaksin vurulması  valideynlərdə psixonevrozu  artırıb –Psixoloq

 

 

 

“Media, internet üzərindən maarifləndirmə işləri aparılmalıdır. Çox  təəssüf  ki, Azərbaycan mediasında  maarifləndirmə zəifdir. Buna görə də valideynlər haqlı olaraq da öz etirazlarını bildirirlər”.

 

 

Bu sözləri psixoloq Ramidə Oqtayqızı AzEdu.az-a açıqlamasında deyib. Onun sözlərinə görə,  

 

 

“Uşaqları qorxutmaq, vaksini hər-hansısa xəstəliyin  mənbəyi kimi bəyan etmək  düzgün deyil. Şagirdləri doğru şəkildə məlumatlandırmalıyıq. Uşaqlara vaksinin insanlara virusdan  qorunmaq məqsədi ilə vurulduğunu, bunun gələcəyimiz üçün faydalı olduğunu başa salmalıyıq”.

 

 

 

Psixoloq  bildirib ki, yeniyetmələrə dəqiq məlumatları  bilmədən  “sən alergiyalısan, sənə olmaz, “vaksin vurulsa, səhhətində problem yaranacaq“  kimi ifadələrdən  istifadə etmək  onların psixologiyasını poza bilər.

 

 

Qeyd edək ki , Oktyabr ayının 5-dən Azərbaycanda 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulacaq.  Vaksinasiyası  prosesi mərkəzləşdirilmiş  şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.

 

 

Gülcahan Məmmədova