Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-08 11:14:00
Region müəllimləri və metodik kabinet əməkdaşları üçün təlimlərə start verilib

Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi (MDM) region müəllimləri və metodik kabinet əməkdaşları üçün “Səmərəli öyrədici mühitin qurulması” və “Müasir məzmun və formalı dərsdənkənar işin təşkili” adlı onlayn təlimlərə start verib.

 

İnstitutdan AzEdu.az -a bildirilib ki, təlimlərin 30 region və hər bir region üzrə 25 məktəbin müəllimləri üçün keçirilməsi nəzərdə tutulub. İlk təlim MDM-in əməkdaşı Aynur Həşimovanın təqdimatında Daşkəsən rayonu üzrə keçirilib.

 

Təlimlər 3 ay müddətində davam edəcək.