Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-10 13:10:00
9 illik təhsil bazasından kolleclərdə qiyabi təhsil almaq mümkündür?-DİM 

Ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalmış plan yerlərinə qəbul olunmuş şəxslər 12 oktyabr saat 23:59-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Bəs 9 illik təhsil bazasından kolleclərdə qiyabi təhsil almaq mümkündürmü?

AzEDu.az DİM-ə istinadən xəbər verir ki, bu proses 9 illik bazadan mümkün deyil. 11 illik təhsil bazasından müraciət etmək olar. 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları